Satılır 4 otaqlı yeni tikili 232 m², 28 May m.
Qış Parkının yanında yerləşən premium yaşayış kompleksi olan Azinko Yaşayış Kompleksi-ndə qanuni 4 otaqlı, təmirsiz mənzil satışa təqdim olunur.
Mənzil geniş və funksional proyekti ilə seçilir. İşıqlı otaqları, rahat planlaması və yüksək tavanı ailə yaşayışı üçün ideal şərait yaradır. Təmirsiz olması isə yeni sahibinə mənzili öz zövqünə uyğun dizayn etmək imkanı verir.
Kompleks yüksək səviyyəli infrastruktura malikdir: ✔️ 24/7 mühafizə və təhlükəsizlik sistemi
✔️ Sürətli liftlər
✔️ Yeraltı avtodayanacaq
✔️ Geniş və səliqəli həyət
✔️ Premium yaşayış standartları
Şəhərin mərkəzində yerləşməsi sayəsində ətrafda məktəb, bağça, supermarket, restoran və digər vacib obyektlər mövcuddur.
Prestijli ərazidə yerləşən geniş və yatırım üçün əlverişli mənzil axtaranlar üçün ideal seçimdir.