Şəhərin mərkəzində, insan axınının ən sıx olduğu ərazidə – AF Mall və Qış Parkı yaxınlığında 90 kv.m sahəsi olan 3 otaqlı obyekt icarəyə verilir. Obyekt həm piyada, həm də avtomobil axını olan ərazidə yerləşir ki, bu da biznesinizin tanınması üçün böyük üstünlükdür.
Mərkəz zonası üçün kvadratı cəmi 22 AZN-ə düşən çox sərfəli təklifdir.
Sahənin quruluşu bir çox fəaliyyət növü üçün uyğundur.
Ətrafda çoxlu sayda ofislər, yaşayış binaları və ticarət mərkəzləri yerləşir.
Əlavə məlumat və digər əmlaklarla bağlı maraqlanmaq üçün əlaqə saxlayın.